1 ildən sonra gələn qol
“Mançester Yunayted”in hücumçusu Coşua Zirkzee İngiltərə Premyer Liqasında uzun fasilədən sonra qol sevinci yaşayıb.
Msport.az xəbər verir ki, niderlandlı futbolçu 13-cü turda “Kristal Palas”la səfər matçında (2:1) fərqlənməklə 364 günlük qolsuzluq sükutuna aydınlıq gətirib.
Görüşün 54-cü dəqiqəsində rəqib qapısına yol tapan Zirkzee 2025/2026 mövsümündəki ilk qolunu vurub. O, çempionatda sonuncu dəfə 2024-cü il dekabrın 1-də “Everton”a qarşı oyunda (4:0) fərqlənmişdi.
Qeyd edək ki, “Mançester Yunayted” ötən ilin iyulunda “Bolonya”ya 42,5 milyon avro ödəyərək futbolçunu transfer edib. Zirkzee Premyer Liqada keçirdiyi ümumi 38 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







