“Haland “Real”a keçəcək”
“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill “Mançester Siti”nin hücumçusu Erlinq Halandın gələcəyi ilə bağlı proqnoz verib.
Msport.az xəbər verir ki, ingiltərəli mütəxəssis norveçli futbolçunun “Real”a keçəcəyinə əmin olduğunu bildirib.
“Növbəti 18 ay ərzində Halandın “Real”ın futbolçusu olacağına tam əminəm. Vinisiusun komandadan ayrılacağını, Mbappenin sol cinaha keçəcəyini, Halandın isə mərkəz hücumçusu mövqeyində çıxış edəcəyini asanlıqla təsəvvür edə bilirəm. Florentino Peresin fəaliyyətinə nəzər salsanız, onun dünyanın ən yaxşı futbolçularını transfer etdiyini görərsiniz”, – deyə Nevill qeyd edib.
Qeyd edək ki, 2022-ci ilin yayından “Mançester Siti”də çıxış edən 26 yaşlı norveçli hücumçu cari mövsümdə 16 oyunda 14 qol vurub.







