featured-image-36865

“Çox yaxşı rəqibə qarşı çətin oyun olacaq”.

Bu sözləri Msport.az saytına açıqlamasında “Sumqayıt”ın əvəzedici komandasının baş məşqçisi Vaqif Cavadov deyib.

Millimizin Bakıda Belçika yığmasına qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyunu barədə fikirlərini bölüşən mütəxəssis rəqibin bizə tanış komanda olduğunu bildirib: “Amma 10 il əvvəlki komanda ilə indiki arasında böyük fərq var. Ovaxtkı Belçika daha güclü idi. Həm ad-san, həm də oyunçuların fərdi keyfiyyətləri baxımından”.

Cavadovun sözlərinə görə, hazırda rəqibin heyətində çox ulduz olmasa da, komanda şəklində yaxşı oynayır: “Gərgin oyun olacaq. Millimizin son matçlardakı məğlubiyyətdən sonra necə toparlandığını görmək maraqlıdır. Futbolçuların üzərində çox böyük yük var. Komandamıza uğurlar arzulayıram. Ümid edirəm ki, yaxşı nəticə ilə xalqımızı sevindirərlər”.

Bənzər xəbərlər