13 yaşında Çempionlar Liqası tarixinə düşdü
“Arsenal”ın 19 yaşadək futbolçulardan ibarət komandasının yarımmüdafiəçisi Luis Munoz UEFA Gənclər Liqasının tarixinə düşüb.
Msport.az xəbər verir ki, o, bunu V turda “Bavariya” ilə oyunda meydana çıxmaqla bacarıb (4:2).
13 yaş 343 günlüyündə olan futbolçu yarış tarixinin ən gənc oyunçusu adını qazanıb.
Qeyd edək ki, əvvəlki rekord Cəbəllütariq “Linkoln”u ilə debüt edən Liam Payaya məxsus idi – 14 yaş 91 gün.







