150 milyonluq transfer reallaşır
PSJ hücum xəttini dünya ulduzu ilə gücləndirmək üçün rekord məbləği gözdən çıxarıb.
Msport.az xəbər verir ki, Paris təmsilçisi “Atletiko” forması geyinən Xulian Alvaresin transferi ilə bağlı rəsmi danışıqlara başlayıb.
Liqa 1 nəhənginin argentinalı hücumçu üçün 150 milyon avro təzminat ödəməyə hazır olduğu bildirilir. Məlumata görə, PSJ-nin Alvaresə olan marağı uzun müddətdir davam edir və klub rəhbərliyi növbəti yay transfer pəncərəsində bu keçidi rəsmiləşdirmək niyyətindədir.
Cari mövsümdə nümayiş etdirdiyi performansla Avropanın diqqət mərkəzində olan 26 yaşlı forvardın Parisə köçməsi transfer bazarında böyük əks-səda doğurub. Ekspertlərin fikrincə, Alvaresin transferi PSJ-nin onsuz da güclü olan hücum xəttini “ölümcül” səviyyəyə çatdıracaq.







