“Fənərbağça” baş məşqçi axtarışında
Türkiyə Super Liqasında və Çempionlar Liqasında məğlubiyyətlər yaşayan, son olaraq əzəli rəqibi “Qalatasaray”a uduzan “Fənərbağça” baş məşqçi İsmail Kartalla yollarını ayırdı.
Msport.az xəbər verir ki, müvəqqəti olaraq Dirk Kuytun rəhbərlik etdiyi komanda yeni baş məşqçi axtarışını davam etdirir.
Məşhur türkiyəli futbol mütəxəssis Aykut Kocamanın vəzifəni qəbul etmək üçün əsas şərti futbol direktoru Oğuz Çətinlə yolların ayrılmasıdır. Bu məsələ ilə bağlı yaxın vaxtlarda mühüm qərar verilə bilər.
Bundan başqa, Joze Mourinyonun məşqçilər korpusuna qoşulmaq təklifini qəbul etməyərək yalnız Aykut Kocamanın köməkçisi olacağını bildirən Volkan Demirelin də kluba qayıtması mümkündür.
İsmail Kartalın ayrılmasından sonra “Fənərbağça”nın ilk əlaqə saxladığı mütəxəssislər Abdullah Avcı və Vinçentso Montella olub. Abdullah Avcı klub rəhbərliyinə qısa təqdimat edib. O, maaş və müqavilənin müddəti kimi məsələlərdə qərarı rəhbərliyin öhdəsinə buraxıb və konkret tələb irəli sürməyib.
“Fənərbağça”nın baş məşqçisi olmağı çox istəyən Vinçentso Montella isə mövsümün sonuna qədər deyil, daha uzunmüddətli müqavilə tələb edib.







