featured-image-84302

“Barselona” qış transfer pəncərəsində komandanın müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Msport.az xəbər verir ki, Kataloniya klubu PSJ-yə 2:4, “Real”a isə 1:2 hesablı məğlubiyyətlərdən sonra təcrübəli mərkəz müdafiəçisi almağı qarşısına məqsəd qoyub.

Klub rəhbərliyi dörd futbolçunun namizədliyini nəzərdən keçirir. “Barselona”nın əsas hədəflərindən biri “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardioldur. Lakin xorvatiyalı futbolçunun transferi olduqca çətin görünür.

Digər namizəd “İnter”in müdafiəçisi Alessandro Bastonidir. Bununla belə, İtaliya klubunun qış transfer pəncərəsində onun satışı ilə bağlı danışıqlara razılıq verməsi az ehtimal olunur.

Daha real variantlardan biri “Mançester Yunayted”in futbolçusu Lisandro Martines hesab edilir. Argentinalı müdafiəçinin müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Kataloniya təmsilçisinin maraq dairəsində “Betis”in müdafiəçisi Natan da var. Braziliyalı futbolçunun transferinin 30 milyon avro və əlavə bonuslar müqabilində mümkün ola biləcəyi bildirilir.

Bununla belə, “Barselona”nın qışda yeni müdafiəçi alması klubdan ayrılacaq futbolçulardan və transferlərdən əldə ediləcək vəsaitdən asılı olacaq.

Bənzər xəbərlər