17 yaşlı futbolçusu "Qarabağ"la oyunda meydana çıxa bilər
“Tottenhem”in futbolçusu Mayki Mur “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının I tur matçında start heyətində yer ala bilər.
Msport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
17 yaşlı oyunçunun bu matçda iştirakı gözlənilir.
O, London təmsilçisinin U-21 komandasının əsas üzvüdür.
Amma Mur dünən “Ekseter Siti” ilə görüşün start heyətinə də daxili edilməyib. Onun məhz Avropa Liqası üçün qorunduğu ehtimal olunur. Premyer Liqanın “Brentford”la qarşılaşmasında 2 dəqiqəlik debüt şansı qazanan Mur böyük gələcək vəd edir. Bunadək U-21-in heyətində “Bristol”la qarşılaşmada qol və 2 assistə imza atan istedad Postekoqlunun da diqqətini çəkib.
Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.