featured-image-84316

“Real” və PSJ “Mançester Siti”nin 23 yaşlı hücumameyilli futbolçusu Rayan Şerki ilə yaxından maraqlanırlar.

Msport.az xəbər verir ki, transfer dəyəri təxminən 90 milyon avro qiymətləndirilən fransalı futbolçunu “Mançester Siti” heyətdə saxlamaq niyyətindədir.

Klub yalnız müstəsna və ya böyük təklif olacağı halda Şerkinin satışını nəzərdən keçirə bilər. Rayan Şerkinin “Mançester Siti” ilə müqaviləsi 2030-cu ilə qədərdir.

Futbolçuya həmçinin “Liverpul”, “Arsenal”, “Çelsi” və “Bavariya” da maraq göstərir.

Bənzər xəbərlər