Nəhənglər ispan müdafiəçi ilə maraqlanır
“Arsenal”, “Çelsi” və “Mançester Yunayted” “Komo”nun 21 yaşlı mərkəz müdafiəçisi Yakobo Ramon üçün rəqabət aparırlar.
Msport.az xəbər verir ki, transfer dəyəri 50 milyon avro qiymətləndirilən gənc futbolçu bu mövsüm keçirdiyi 12 oyunda 3 qol vuraraq Premyer Liqa klublarının diqqətini çəkib.
Sabiq klubu “Real” isə 2027-ci il üçün 9 milyon avroluq geri alma opsiyasına və 50%-lik növbəti satış payına sahib olduğu üçün digər klublara nisbətən daha üstün mövqedədir.







