Mateo Kovaçiç Superliqa klubu ilə danışıq aparır
“Mançester Siti” və Xorvatiya millisinin üzvü Mateo Kovaçiç Türkiyəyə yollanmağa hazırlaşır.
Msport.az xəbər verir ki, 32 yaşlı futbolçu “Fənərbağça” ilə danışıq aparır.
Xorvat yarımmüdafiəçi İstanbul klubundan sərfəli təklif alıb. Kovaçiç özü də Türkiyəyə yollanmağı götür-qoy edir. Onun “şəhərlilər”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Kovaçiç “Dinamo” (Zaqreb), “İnter”, “Real” və “Çelsi”nin formasını geyinib.







