“Qalatasaray” futbolçusunu sata bilər
“Qalatasaray”ın futbolçusu Aleksey Batrakov Avropanın bir sıra aparıcı klublarının transfer hədəfinə çevrilib.
Msport.az xəbər verir ki, “Liverpul” və “Arsenal”ın maraq göstərdiyi 21 yaşlı futbolçunu “Barselona” və PSJ də diqqətlə izləyir.
“Mançester Siti”, “Mançester Yunayted” və “Çelsi” də yaydan bəri onun çıxışlarını nəzarətdə saxlayır.
Batrakov bu ilin avqustunda Moskva “Lokomotiv”indən 25 milyon avroya “Qalatasaray”a keçib. İstanbul təmsilçisi ilə beşillik müqavilə imzalayan futbolçunun sərbəstqalma məbləği təxminən 50 milyon funt-sterlinq təşkil edir.







