featured-image-84320

“Çelsi”nin sabiq futbolçusu Qlen Conson London klubuna yarımmüdafiə xəttini gücləndirmək üçün “Bornmut”un futbolçusu Aleks Skott əvəzinə “Barselona”nın üzvü Frenki de Yonqu transfer etməyi tövsiyə edib.

Msport.az xəbər verir ki, o, niderlandlı yarımmüdafiəçinin fiziki vəziyyətinin transfer qərarında mühüm rol oynayacağını vurğulayıb.

“Çelsi”nin Aleks Skott üçün təklif etdiyi 64 milyon funt-sterlinq “Bornmut” tərəfindən rədd edilib. Klubun 23 yaşlı İngiltərə millisinin üzvünü təxminən 100 milyon funt-sterlinqə qiymətləndirdiyi bildirilir. Futbolçu ilə “Liverpul” da maraqlanır.

Bənzər xəbərlər