featured-image-42384

“Neftçi” Azərbaycan çempionatları tarixində 200-cü heç-heçəyə imza atıb.

Msport.az xəbər verir ki, bu yubiley Premyer Liqanın XIX turuna təsadüf edib. “Ağ-qaralar” “Sabah”la səfər matçına çıxıb. Bakı derbisi qolsuz başa çatıb.

“Neftçi” 1992-ci ildən daimi iştirakçısı olduğu ölkə çempionatlarındakı 908-ci görüşdə 200-cü sülhə imza atıb. Bakılılara qədər yalnız “Qarabağ” 200 heç-heçə səddini keçib.

Qeyd edək ki, “Neftçi”nin ilk bərabərliyi məhz “Qarabağ”la matçda gerçəkləşib. 1992-ci il sentyabrın 26-dakı ev matçında paytaxt təmsilçisi bir xalı bir qolla qazanıb – 1:1.

Bənzər xəbərlər