200 oyuna çatan ən gənc futbolçu
“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden yeni uğur əldə edib.
Msport.az xəbər verir ki, o, buna İngiltərə Premyer Liqasının X turunun “Bornmut”la matçında iştirak etməklə nail olub.
İngiltərəli futbolçu “şəhərlilər”lə yerli çempionatda çıxdığı oyunların sayını 200-ə çatdırıb. Nəticədə Foden “Mançester Siti” tarixində İngiltərə çempionatında 200 oyun həddinə çatan ən gənc oyunçu olub – 25 yaş 158 gün.
Əvvəlki rekord 26 yaş 284 günlüyündə 200-cü oyununu keçirən Rahim Sterlinqə məxsus idi.
Qeyd edək ki, Foden “Mançester Siti”nin yetirməsidir. O, 2016-cı ildə klubun əsas komandasında debüt edib. Həmçinin Fil 2020-ci ildən İngiltərə A millisinin üzvüdür.







