featured-image-71613

Argentina millisinin üç futbolçusu noyabrın 14-də Luandada Anqola ilə yoldaşlıq oyununu buraxacaq.

Msport.az xəbər verir ki, bunlar “Atletiko”dan Xulian Alvares, Juliano Simeone və Nahuel Molinadır.

Adıçəkilən oyunçuların lazımi tibbi sənədləri, o cümlədən Afrika ölkəsinə giriş üçün məcburi olan sarı qızdırma peyvəndini əldə etməyə vaxtları olmayıb.

Qeyd edək ki, Argentina millisi DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsini 38 xalla 1-ci yerdə başa vurub. Daha əvvəl Anqolanın Argentina ilə yoldaşlıq oyunu keçirmək üçün 12 milyon avro xərcləyəcəyi bildirilirdi.

Bənzər xəbərlər