featured-image-63552

Futzal üzrə Azərbaycan millisinin heyətində dəyişikliklər edilib.

Msport.az xəbər verir ki, yığmanın 3 üzvü kollektivdən uzaq qalıb.

Bunlar Nihat İsmayılov, Kamran Hacıyev və Rövşən Hüseynlidir. İlk iki oyunçu zədəli olduğu üçün, qapıçı isə baş məşqçinin qərarı ilə toplanışdan kənarlaşdırılıb. Baş məşqçi Vitali Borisov onların yerinə “Neftçi”dən qapıçı Vladislav Reznov, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırova dəvət göndərib.

Millimiz Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveç 15-də Bakıda Xorvatiya yığması ilə qarşılaşacaq. Dünəndən təlim-məşq toplanışına başlayan komandamız aprelin 9-da İsveçə yollanacaq.

Bənzər xəbərlər