Azərbaycan kuboku: “Zirə” “Səbail”i çətinliklə keçdi
Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinə start verilib.
Msport.az xəbər verir ki, ilk oyun günündə beş görüş keçirilib. “Araz-Naxçıvan” “Şimal”ı 6 “Marafon” “Zaqatala”nı 1 qolla üstələyərək 1/8 final mərhələsinə adlayıb.
“Sumqayıt” “Kür-Araz”ın qapısından 11 cavabsız top keçirib.
“Qəbələ” isə “Mingəçevir”dən üstün olub – 3:0.
Günün son matçında “Zirə” səfərdə “Səbail”lə üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar yenidən hərəyə bir dəfə fərqləniblər və qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında isə daha dəqiq olan “Zirə” 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
27 oktyabr (çərşənbə axşamı)
18:00. “Səbail” – “Zirə” – 2:2 (Penaltilər seriyası: 2:3)
Qollar: R.Martins, 9 (0:1), A.Qomes Soares, 90+1 (1:1), R.Martins, 96 (1:2), A.Qomes Soares, 117, (2:2)
Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev
“Bank Respublika Arena”
17:00. “Kür-Araz” – “Sumqayıt” – 0:11
Qollar: A. Süleymanlı, 3, 35, N. Orucov, 13, N. Əhmədzadə, 28, 47, 56, R. Kehat, 42, S. Badolo, 65, R. Vaskes, 78, E. Mustafayev, 81, N.Orucəli, 84-pen.
Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev
“SOCAR Polymer Arena”
17:00. “Qəbələ” – “Mingəçevir” – 3:0
Qollar: Z.Şəkərxanov, 38, E.Çekici, 42, B.Silva, 43
Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov
Qəbələ şəhər stadionu
“Şimal” – “Araz-Naxçıvan” – 0:6
Qollar: Salyanski, 11, 87, 90, Muradov, 51, Rzayev, 52, İsgəndərov, 70
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev
Şamaxı şəhər stadionu
“Marafon” – “Zaqatala” – 1:0
Qol: Allahverdiyev, 59
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov
“Marafon Arena”
28 oktyabr (çərşənbə)
14:00. “İmişli” – “Qaradağ Lökbatan”
14:00. MOİK – “Şahdağ Qusar”
14:00. “Hypers” – “Şamaxı”
16:00. “Şəfa” – “Ağstafa Gəncləri”
19:00. “Kəpəz” – “Baku Sportinq”
29 oktyabr (cümə axşamı)
14:00. “Xankəndi” – “Gəncəbasar”
14:00. “Zəngəzur” – “Karvan Yevlax”







