“Barselona”nın müdafiəçisi “Sabah”la oyunu buraxacaq
“Barselona”nın futbolçusu Xavi Espart Bakıda “Sabah”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının oyununda iştirak etməyəcək.
Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi 19 yaşlı cinah müdafiəçisinin zədəsinin ciddi olduğunu açıqlayıb.
“Real”a 1:2 hesabı ilə uduzduqları La Liqa matçında sıradan çıxan oyunçu təxminən yeddi həftə yaşıl meydandalardan kənarda qalacaq. O, sağ topuğundan xəsarət alıb.
Liqa mərhələsinin “Sabah” – “Barselona” oyunu noyabrın 25-də Bakı Olimpiya stadionunda keçiriləcək.







