34 il sonra gələn 9-cu çempionluq
Futbol üzrə Norveç çempionatında mövsümün qalibi bəlli olub.
Msport.az xəbər verir ki, “Vikinq” sonuncu – 30-cu turda “Volerenga”nı 5:1 hesabı ilə məğlub edib.
Komanda 71 xal toplayaraq turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. “Bodo-Qlimt” 70 xalla ikinci olub.
Qeyd edək ki, 9-cu çempionluğunu yaşayan “Vikinq” sonuncu dəfə 1991-ci ildə bu titula yiyələnib.







