featured-image-72161

“Liverpul” son oyunlarda tarixi dərəcədə ağır nəticələr əldə edib.

Msport.az xəbər verir ki, “mersisayd” təmsilçisi ardıcıl olaraq “Mançester Siti”yə 0:3, “Nottinqem Forest”ə 0:3 və Çempionlar Liqasında PSV-yə 1:4 hesabı ilə məğlub olaraq 72 illik antirekordu təkrarlayıb.

“Liverpul” sonuncu dəfə 1953-cü ildə ardıcıl üç dəfə böyük hesabla uduzmuşdu. Həmin mövsümdə komanda İngiltərənin aşağı liqasına düşmüşdü. Klub, həmçinin, 33 ildən sonra ilk dəfə ardıcıl üç oyunda minimum üç qol buraxıb.

Bənzər xəbərlər