78 yaşlı məşqçi ilə yeni müqavilə imzalandı - RƏSMİ
Kurasao milli komandasının baş məşqçisi Dik Advokatla yeni müqavilə imzalanıb.
Msport.az xəbər verir ki, 78 yaşlı mütəxəssislə yeni anlaşmanın müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Niderlandlı məşqçi 2024-ci ildən Kurasao yığmasına rəhbərlik edir. Komanda onun rəhbərliyi altında tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.







