Abasovun üçüncü oyunu
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
Msport.az-ın məlumatına görə, 28 yaşlı qrossmeyster III turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.
O, bu dəfə ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. İlk iki turda hər iki qrossmeyster bir heç-heçə, bir məğlubiyyətlə yadda qalıb.
Bu gün həmçinin Əlireza Firuzca (Fransa) – Fabio Karuana (ABŞ), Dommaracu Qukeş (Hindistan) – Yan Nepomnyaşi (FIDE) və Santoş Vidit (Hindistan) – Rameşbabu Praqnanandha (Hindistan) görüşləri baş tutacaq.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.