featured-image-68433

“Qalib gəldiyimiz üçün sevinirik. Çox xoşbəxtik. Artıq növbəti mərhələ barədə düşünməliyik”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Şkendiya”ya 5:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Fransalı yarımmüdafiəçi növbəti mərhələdə də uğur qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: “Ferensvaroş” güclü komandadır. Daha əvvəl onlara qarşı oynamışıq. Heyətlərində yaxşı futbolçular var. Bununla belə, pley-offu da uğurla keçmək üçün əlimizdən gələni edəcəyik”.

“Qarabağ” üçün yüksək səviyyəni qorumaq nə dərəcədə çətindir?” sualını Zubir belə cavablandırıb: “Əlbəttə, çətindir. Çalışırıq ki, daim yaxşı formada qalaq. Lakin bu, heç də asan deyil. Yüksək səviyyəni qorumaq üçün məşqlərdə daim çalışmalısan”.

Zubir sonda azarkeşlərə minnətdarlıq edib: “Stadionda 30 min azarkeşi görmək çox xoş idi. Qələbəmizdə fanatların verdiyi dəstəyin böyük rolu oldu. Çalışacağıq ki, onları qarşıdakı matçlarda da sevindirək”.

Bənzər xəbərlər