Mahir Emrelinin komandası 1/8 finala yüksəldi
Mahir Emrelinin komandası son dəqiqələrdə məğlubiyyətdən qurtularaq mərhələ adlayıb
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” Polşa Kubokunun 1/16 final mərhələsində çətin qələbə qazanıb.
Msport.az xəbər verir ki, Çenstoxova təmsilçisi səfərdə “Motor Lublin”lə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında 3:1 hesabı ilə üstün olub.
Mahir Emreli matça start heyətində başlayıb və 82-ci dəqiqədə Adam Basse ilə əvəzlənib.
Bununla “Rakuv” 1/8 finala vəsiqə qazanıb.







