Cəlal Hüseynovlu “Petrolul”dan 6 cavabsız qol
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” Rumıniya Kubokunun qrup mərhələsinin 2-ci turunda böyükhesablı qələbə qazanıb.
Msport.az xəbər verir ki, Ployeşti təmsilçisi səfərdə üçüncü liqada mübarizə aparan “Proqresul Spartak”ı 6:0 hesabı ilə məğlub edib.
Azərbaycanlı müdafiəçi qarşılaşmaya start heyətində başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Həmin vaxt onun komandası dörd top fərqi ilə öndə olub.
Bu qələbədən sonra “Petrolul” Rumıniya Kubokunun B qrupunda 3 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Petrolul” növbəti oyununu oktyabrın 31-də Rumıniya Superliqasında ÇFR Kluja qarşı keçirəcək. Komanda dekabrın 2-də isə ölkə kubokunda “Sepsi” ilə qarşılaşacaq.







