Abubakar yenidən Türkiyədə çıxış edəcək
“Neftçi”nin sabiq futbolçusu Vensan Abubakar yenidən karyerasını Türkiyədə davam etdirəcək.
Msport.az xəbər verir ki, təcrübəli hücumçu karyerasını “Bodrumspor”da davam etdirəcək.
34 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, kamerunlu forvard 2025-ci ilin oktyabrından bu ilin may ayınadək “Neftçi”də çıxış edib.
O, “ağ-qaralar”ın heyətində 18 oyunda 9 qol vurub.
Əlavə edək ki, “Bodrumspor” Türkiyə 1-ci liqasında 2 xalla 17-cidir.







