featured-image-46153

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov  “Zarafat Bir Yana” verilişində Qurban Qurbanovdan danışıb. Msport.az xəbər verir ki, uzun illər Qurbanovla birgə çalışmış millimizin və “Qarabağ”ın sabiq müdafiəçisi maraqlı fikirlər səsləndirib. O, Ağdam klubunun baş məşqçisiin sosial şəbəkələrdən uzaq olduğunu bildirib:

“Qurban Qurbanovun göstərdiyi nəticələr elə nəticələrdir ki, onu qarşımıza hədəf kimi qoymuruq. İstər türkiyəli məşqçilər, istər rusiyalı, istər niderlandlı, istərsə də belçikalı məşqçilər, onlar bu uğuru təkrarlaya bilməzlər. “Qarabağ” “Braqa”ya qarşı 10 nəfərlə 2 qol vurursa, əlavə vaxtda vurursa, bu, Azərbaycan standartlarına uyğun olmayan bir göstəricilərdir. “Qarabağ”ın “Braqa”ya qarşı göstərdiyi oyunu yalnız kinoda belə senari çəkə bilərsən ki, sonda mümkün olsun, alınsın. Mən inanmlram ki, bunu “Qalatasaray”, “Beşiktaş” edə bilər. Mümkün olmayan bir şeydir.

Bazaya birinci gəlir, axırıncı çıxır. İşə o qədər vaxt ayırır. Nə vaxt bu adamı yığırsan, rəqibə baxır. Uğur olduqca, nəticə olduqca daha çətindir bu işləri görmək, rahatlaşırsan.

Qurban müəllim bu gün elementar “WhatsApp”da hekayəni necə qoyursan, ona necə baxırsan, bilmir. Adam “instagram” nədir, onu da bilmir. Özünü işə o qədər fəda edib ki, bu gün onun yolunu getmək, onun kimi olmaq, məşqçi kimi qeyri-mümkündür

Bənzər xəbərlər