Adeyemi İngəltərəyə yollanmaq istəyir
“Borussiya”nın hücumçusu Kərim Adeyemi gələn il klubunu dəyişmək istəyir. Msport.az xəbər verir ki, 23 yaşlı futbolçu Avropanın bəzi nəhəng klublarının diqqətini cəlb edib.
“Mançester Yunayted”, “Barselona” və “İnter” Adeyemiyə maraq göstərir. Lakin forvardın İtaliya çempionatına yollanmaq ehtimalı azdır.
O, Premyer Liqada oynamaq arzusunu dilə gətirib.
Transfermarkt. Adeyemini 60 milyon avro dəyərləndirir.







