featured-image-47595

“Kəpəz” Azərbaycan Premyer Liqasının XXXIII turunda Tovuzda “Sumqayıt”la 1:1 hesablı heç-heçə edib.

Msporta.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Mübarizə aparıb 1 xal qazana bildik. Hazırda ən böyük hədəfimiz bizdən öndə olan komandanı keçməkdir. Buna doğru irəliləyirik. Oyun ağır oldu. Bunu gözləyirdik. Çalışırdıq ki, öz oyunumuzdan həzz alaq. Futbolçular mübarizlik göstərdi.

– Ən rahat komanda “Kəpəz”dir. Bundan sonrakı oyunlarınız isə avrokuboklar uğrunda mübarizə aparan komandalarladır. Belə fikirlər var ki, həmin komandalar “Kəpəz”i stimullaşdıracaq. Bu fikirlərə münasibətiniz necədir?

– Bizə lazım olan oyunumuzu inkişaf etdirməkdir. Kimin nə düşündüyü bizi maraqlandırmır. Futbolçular sağ olsunlar, öz güclərini göstərdilər.

– Sanki bu gün sizin üçün final oyunu idi. “Neftçi” ilə matçda da meydanda belə mübarizə görəcəyik?

– Stressin bu həddə çatmasının səbəbi “Sumqayıt”ın texniki zonasından gələn sözlər, jestlər idi. Bu, vəziyyəti gördüyünüz həddə çatdırıdı. Bizi “Sumqayıt” qıcıqlandırdı. Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik.

– Samir Abasov eyham vurdu ki, “Kəpəz”in aparıcı oyunçularının qırmızı vərəqə alması qarşıdakı matçlarda öz sözünü deyəcək…

– Samir Abasov düz qeyd etdi. Bu gün bizdə demək olar ki, oyunçu qalmadı.

– Sanki baş hakim oyunun ipini əldən vermişdi. Siz necə düşünürsünüz?

– Hakimlik barədə mənə deyil, bu barədə danışan adamlara sual verin.

Bənzər xəbərlər