featured-image-43020

“Allaha şükürlər olsun ki, belə vacib oyunda bizə qələbə qazanmaq nəsib oldu”.

Msport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov Qəbələdə “Araz-Naxçıvan”a 3:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXI turunun bağlanış oyunundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis dəstəyə görə komandanın azarkeşlərinə, oyuna görə isə futbolçularına təşəkkür edib: “Bura gələn və ya evdən, işdən bizi izləyənlər sevgi göstərirlər. Onların hamısının ürəyi bizimlədir. Futbolçularım çalışdılar ki, verilən tapşırıqları maksimum yerinə yetirsinlər. Düzdür, bəzi çatışmazlıqlar oldu. Qarşıda böyük işlərimiz var, hazırlaşmalıyıq”.

O, “Araz-Naxçıvan”dakı həmkarı Azər Bağırovun doğrudan da yaxşı komanda formalaşdırdığını söyləyib: “Onun komandası ilə oyunlar asan keçmir. İndi də bizə böyük çətinlik yaşatdılar. Rəqibin heyətində bacarıqlı futbolçular var. Biz standart vəziyyətlər zamanı əlimizə düşən imkanlardan istifadə etdik. Məşqlərdə bunun üzərində işləmişdik. Məşqlərdə etdiklərimizi oyunlarda reallaşdıra bilirik və bu bizi sevindirir. Bundan sonra işimiz daha ağır olacaq. Buna hazır olmalıyıq”.

Bənzər xəbərlər