featured-image-41859

“Fevraldan mən də futbol haqqında düşünəcəyəm”,

Msport.az “digisport” nəşrinə istinadən xəbər verir ki, bunu “Neftçi”dən ayrılan baş məşqçi Adrian Mutu deyib.

45 yaşlı mütəxəssis anasının vəfatı ilə əlaqədar hazırda bu barədə fikirləşmədiyini söyləyib: “Ancaq nəyin baş verəcəyini heç vaxt bilmirsən. Mən, sadəcə, sakitləşmək haqqında düşünürəm. Qış hazırlığı ilə məşğul olan komandaların məşqçiləri var. Nə olacağını görəcəyik”.

Rumıniyalı baş məşqçi anasının dünyasını dəyişməsinin ona təsir etdiyini sözlərinə əlavə edib: “Ağrı böyükdür, qalır. Onu silmək mümkün deyil. Ay yarım çox çətin oldu. Anam komaya girəndə işlər daha da pisləşdi. Təxminən bir aydır ki, başqa insanam. Hər şeyi bir kənara qoymağa çalışıram. Məni dəstəklədikləri üçün ailəmə təşəkkür edirəm”.

Qeyd edək ki, Adrian Mutunun “ağ-qaralar”da müqaviləsi dekabrın 24-də ləğv edilib. Komanda Monteneqrodan olan Miodraq Bojoviçə tapşırılıb.

Bənzər xəbərlər