featured-image-38938

“Nəticələr üçün vaxt vacibdir. Səbir və inam da önəmlidir”.

Msport.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu mətbuat konfransında deyib.

Mütəxəssis tənqidlərin kifayət qədər olduğunu bildirib: “İstədiyimiz sabit oyun üçün nə qədər vaxt lazım olacaq? Bu sualı cavablandırmaq çətindir. Çalışmalı və çox işləməliyik”.

Rumıniyalı baş məşqçi bütün komanda üzvlərinə eyni şansı verdiyini söyləyib: “Ən yaxşı formada olan futbolçunu start heyətinə daxil edirik. Hazırda bizə yaxşı nəticələr lazımdır”.

Mutu Yens Anderssonun idman direktoru təyin olunmasına da toxunub: “Biz eyni məqsəd üçün birlikdə çalışmalı və əməkdaşlıq etməliyik. Onun yaxşı nəticələr əldə edəcəyinə inanıram”.

Mütəxəssis yeni transfer Reziuan Mirzov haqqında danışıb: “Onun son matçda göstərdiyi performans məni qane etdi. Nəzərə almalıyıq ki, komandaya hazırlıqsız qoşulmuşdu”.

Baş məşqçi XI turda üz-üzə gələcəkləri “Sabah”la görüş barədə fikirlərini də bölüşüb: “Rəqib yaxşı komandadır. Onlara qarşı birinci dövrədə oynamışıq. Növbəti matç da ağır keçəcək. Futbolçular sonadək mübarizə aparacaqlar və əlimizdən gələni edəcəyik”.

Bənzər xəbərlər