featured-image-42067

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu klubdan qovulması ilə bağlı iddialara münasibət bildirib.

Msport.az “Digisport.ro” nəşrinə istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis mətbuatda yazılanları təkzib edib.

“Yazılanları klubun xeyrinə düzəltmək istəyirəm. Deyirdilər ki, çətin olan vaxtda məni qovublar. Amma belə deyil, belə olmayıb. Rumıniyalı mütəxəssis “ağ-qaralar”la vidalaşdığı dönəmi xatırlayıb: “Anam komaya düşəndə onlara ailəmin yanında olmaq istədiyimi dedim. O, dünyasını dəyişəndən sonra geri qayıtmayacağımı dedim. Onda futbola marağım qalmadı. Mübahisə etmədik və heç bir jest etmədim. Mən qurban kimi görünmək istəmirəm. Bu həqiqətdir. Həmin gün dərhal getmişdim”.

Qeyd edək ki, Adrian Mutunun “ağ-qaralar”da müqaviləsi dekabrın 24-də ləğv edilib. Komanda Monteneqrodan olan Miodraq Bojoviçə tapşırılıb.

Bənzər xəbərlər