featured-image-70123

Azərbaycan milli komandasının yeni baş məşqçisinin adı bu həftə elan olunacaq. Msport.az xəbər verir ki, AFFA ilə Ayxan Abbasov arasında aparılan danışıqlar müsabət nəticələnib.

Müqavilənin detalları məlum olmasa da, artıq yaxın vaxtlarda federasiya təyinatı rəsmən açıqlayacaq.

Belədə əsas sual doğuran məsələ 21 yaşadək futbolçulardan ibarət millimizi kimin çalışdıracağıdır? Ayxan Abbasov U-21-dəki məşqçilər korpusunu özü ilə bərabər A komandasına gətirəcək.

Əldə etdiyimiz məlumata görə, U-21-ə rəhbərlik etməyə iki real namizəd var. Bunlar Fernandu Santuşun köməkçilərindən olmuş Rəşad Eyyubov və vaxtilə millimizdə işləmiş Arif Əsədovdur.

Əsədov Eyyubova nisbətən daha təcrübəlidir. O, Canni De Byazidən sonra müvəqqəti olaraq əsas millinin “sükanı” arxasında olub. Vaxtilə iki dəfə “Neftçi”yə rəhbərlik edib. Bu səbəbdən də AFFA rəsmilərinin ona üstünlük verəcəyi ehtimal olunur.

Bənzər xəbərlər