featured-image-37085

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

Msport.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 2-ci turunda qeydə alınan qayda pozuntuları barədə qərarlar qəbul olunub.

2-ci Liqanın 2-ci turunun “Şəfa” – “Şəki Siti”” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 70 manat cərimə edilib.

“Şəfa” – “Şəki Siti” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 70 manat cərimə edilib.

“Şəfa” – “Şəki Siti” oyununda meydan sahiblərinin futbolçusu Mehman İbadov azarkeşlərə qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanıb, “Şəfa” klubu 350 manat cərimə edilib.

2-ci Liqanın 2-ci turunun “Ağdaş” – “Baku Sportinq” oyununda meydan sahiblərinin futbolçusu Ramal Əhmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Ağdaş” 50 manat cərimə edilib.

“Ağdaş” – “Baku Sportinq” oyununun 58-ci dəqiqəsində qonaq komandanın heyətində adı oyunun rəsmi protokolunda olmayan 10 nömrəli futbolçu Elgün Abbaslı meydançaya daxil olduğuna görə “Baku Sportinq” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimə edilib.

Bənzər xəbərlər