AFFA-da seminar
AFFA-nın təşkilatçılığı ilə Premyer Liqa və I Liqa klublarının təhlükəsizlik, mühafizə üzrə məsul şəxsləri üçün seminar keçirilib.
Msport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti) əməkdaşlarının iştirakı ilə “İzdihamın idarə edilməsi” və “Futbol stadionlarında təhlükəsizlik” mövzularında tədbir baş tutub.
Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olunub.