featured-image-43154

UEFA Konqresi qurumun hazırkı rəhbəri Aleksander Çeferinin ilk prezidentlik müddətinin ləğvinə səs verib.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, sloveniyalı funksioner 2027-ci ildə yenidən bu posta namizədliyini irəli sürəcək. Bununla da o, ümumilikdə 15 il bu vəzifəni icra edə biləcək.

UEFA Konqresinin qərarına yalnız İngiltərə qarşı çıxıb. Norveç, İslandiya və Ukrayna bitərəf mövqe sərgiləyib. AFFA da daxil olmaqla digər milli assosiasiyalar isə qərarı dəstəkləyiblər.

Qeyd edək ki, A.Çeferin 2016-cı ilin sentyabr ayından UEFA-ya rəhbərlik edir. O, 2019-cu və 2023-cü illərdə yenidən qurumun prezidenti seçilib. 57 yaşlı funksionerin hazırkı səlahiyyət müddəti 2027-ci ildə başa çatmalıdır.

Bənzər xəbərlər