featured-image-43470

Niderlandın paytaxtı Amsterdamda UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda seminar keçirilir.

Msport.az xəbər verir ki, fevralın 15-dək davam edəcək seminarda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov və maliyyə meyarları üzrə menecer Bəhram Dadaşov iştirak edirlər.
Seminar zamanı aşağıdakı mövzular müzakirə olunub:
•  Niderlandda Lisenziyalaşdırma sisteminin inkişafı;
•  Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;
•  Lisenziar olan Milli Assosiasiyaların sertifikasiyası;
•  UEFA Lisenziyalaşdırma üzrə illik hesabatı;
•  Lisenziar və lisenziya iddiaçısı arasına kommunikasiyalar;
• UEFA-nın Milli Assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı;
•  Qadın futbolu və klubların lisenziyalaşdırılması və s.

Bənzər xəbərlər