featured-image-22522

AFFA Hakimlər Komitəsi “Kəpəz”in üzvləri üçün oyun qaydaları ilə bağlı seminar keçirilib.

Msport.az xəbər verir ki, seminarda futbolçuların meydandakı ümumi davranışına diqqət çəkilib, nizam-intizamdan söhbət açılıb. Hakim qərarlarına etirazlar, simulyasiya epizodları, düşüncəsiz qayda pozuntuları, ofsayd vəziyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb, sual-cavab edilib. Çempionat oyunlarından mübahisəli epizodlar görüntülü şəkildə müzakirəyə çıxarılıb.

Seminar AFFA-nın Hakimlər Komitəsinin üzvü Anar Salmanov və hakimlərin fiziki hazırlıq üzrə məşqçisi Namiq Quliyev tərəfindən keçirilib.

 

 

Bənzər xəbərlər