Mezzoteronun durumu bəlli oldu
“Sampdoriya”nın hücumçusu Lorenzo Mezzoteronun zədəsi ciddi deyil.
Msport.az xəbər verir ki, Lixtenşteyn və Andorra ilə görüşlər üçün milli komandaya cəlb edilmiş futbolçu sonradan zədə səbəbindən heyətdən çıxarılmışdı.
Lakin onun zədəsinin ciddi olmadığı və yaxın günlərdə “Sampdoriya”dakı məşqlərə qayıdacağı gözlənilir. Genuya klubu futbolçunun zədəsinin daha ciddi forma almaması üçün bu addımı atıb.
Qeyd edək ki, bu zədə Mezzoteronun Azərbaycan milli futbol komandasına debüt çağırışını buraxmasına səbəb olub.







