featured-image-84645

“Kəpəz”in portuqaliyalı qapıçısı Rojerio Santosun müsahibəsi.

 

– Milli fasilədən öncə “Neftçi” ilə qarşılaşdınız və onlara uduzdunuz. Bu matç sizin üçün necə alındı? 

– Hazırkı liderə qarşı oynayırdıq, çətin oyun oldu. Təbii ki, xal qazanmaq istəyirdik. Lakin təəssüf ki, bunu etmək mümkün olmadı. Sona qədər mübarizə apardıq. Ancaq alınmadı.

 

– “Neftçi” çempionatın lideridir. Demək olar ki, ən ağır oyununuz onlara qarşı alındı? 

– Bütün oyunlar çətindir. Amma biz onlara qarşı açıq və bərabərsəviyyəli mübarizə aparmağa, oyunun sonuna qədər xal qazanmağa çalışdıq. Minimal fərqlə məğlub olduq.

 

– “Kəpəz” üçün səfərdə oynamaq daha çətindir? Çünki evdə öz azarkeşlərinizin qarşısında əla dəstəyiniz olur…

– Əlbəttə, öz meydanımızda oynamağı sevirik. Lakin səfər oyunlarında da yaxşı nəticələr əldə edirik. Yalnız “Sabah” və “Neftçi”yə uduzmuşuq. Səfər görüşlərində uğurlu nəticə qazanmağımızın səbəbi odur ki, azarkeşlərimiz rəqib meydançalarında da bizi tək qoymur, sona qədər dəstəkləyir.

 

– “Kəpəz” hazırda turnir cədvəlində 6-cı pillədədir. Bu pillə sizi nə qədər razı salır? Səncə, daha üst pillələrə yüksəlmək mümkündür?

– Ötən illərlə müqayisədə, bu il çox yaxşı mövsüm keçiririk. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Lakin hər oyuna qələbə qazanmaq üçün çıxacağıq və sonda hansı mövqedə olacağımızı görəcəyik.

 

– “Kəpəz”in bu cür uğurlu çıxışı çoxları üçün gözlənilməz idi. Səncə, komanda avrokuboklar mübarizəsinə qoşula bilər? Bunu real hesab edirsən?

– Bu barədə danışmaq hələ tezdir. Dediyim kimi, əsas hədəfimiz Premyer Liqada qalmaq və hər oyunda qələbə uğrunda mübarizə aparmaqdır. Bunun üçün də yaxşı hazırlaşırıq.

 

– Bu komandada daha əvvəl də forma geyinmişdin. Əvvəlki və indiki arasında hansı fərqləri görürsən? 

– Düşünürəm ki, indi daha güclüyük. Əla kollektivimiz var və oyunçular arasında çox yaxşı münasibətlər mövcuddur. Həmçinin, bu il azarkeşlərimiz bizi daha yaxından dəstəkləyirlər. Bütün bunlar birlikdə hər şeyi daha yaxşı edir. Sportal.az

Bənzər xəbərlər