featured-image-84676

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb.

Msport.az PFL-ə istinadən xəbər verir ki, noyabrın 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində “Xankəndi” – “Karvan-Yevlax” matçı bu stadionda keçiriləcək.  Qarşılaşma saat 16:00-da start götürəcək.

“Xankəndi” klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.

Bənzər xəbərlər