featured-image-84680

“Kristal Pelas” klubunun baş məşqçisi Pyer Saj istefaya göndərilib.

Msport.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Fransalı mütəxəssisin müqaviləsinə İngiltərə Premyer Liqasının 10-cu turunda “Liverpul”a məğlubiyyətdən (1:3) sonra xitam verilib. O, cəmi 5 ay idi ki, London klubunda işləyirdi.

Saj bu ilin iyununda Oliver Qlasneri baş məşqçi postunda əvəzləmişdi. Bu mövsüm “Kristal Pelas” onun rəhbərliyi altında 7 oyunda məğlub olub və yalnız 2 görüşdə qalib gəlib.

Saj ötən mövsüm “Lans”a Fransa kubokunu və Liqa-1-in gümüş medallarını qazandırmışdı.

Bənzər xəbərlər