Polşa klubu Mahir Emrelini transfer etmək istəyir
Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni mövsümə də Polşada başlaya bilər.
Msport.az xəbər verir ki, “Rakuv” Emrelini transfer etmək üçün “Kayzerslautern”lə danışıq aparacaq.
Emreli 2028-ci il iyunun 30-na qədər Almaniya klubuna məxsusdur. Polyaklar Mahiri əldən buraxmaq istəmir. Ona görə də onunla rəsmi müqavilə imzalamağı planlaşdırırlar. Ancaq bu məsələdə həm onun, həm də məxsus olduğu klubun qəti mövqeyi hələlik bəlli deyil.
Qeyd edək ki, Mahir Emreli daha əvvəl “Qarabağ”, “Legiya”, “Dinamo”(Zaqreb), “Konyaspor”, “Nürnberq” klublarında çıxış edib.







