AFFA hakimləri Antalyaya göndərir - Vaxtı bilindi
Azərbaycanın futbol hakimlərinin ölkə xaricində təlim-məşq toplanışı təşkil ediləcək.
Bu barədə Msport.az saytına AFFA-dan məlumat verilib.
Bildirilib ki, ədalət təmsilçiləri Türkiyədə hazırlıq keçəcəklər.
Antalyada yanvarın 8-də start götürəcək toplanış həmin ayın 18-dək davam edəcək.