featured-image-37084

AFFA İntizam Komitəsi bu gün keçirilən iclasında II Liqanın 2-ci turunda keçirilən oyunlara hüquqi qiymət verib.

Msport.az xəbər verir ki, komitə ilk ciddi cəzasını açıqlayıb.

Ağdaşda baş tutan görüşdə eyniadlı komanda üzərində 4:2 hesablı qələbə qazanan “Baku Sportinq”in sevinci uzun sürməyib. Çünki AFFA adıçəkilən kollektivə 0:3 hesablı texniki məğlubiyyət verib.

Buna səbəb adı oyunun rəsmi protokolunda olmayan Elgün Abbaslının qarşılaşmanın 58-ci dəqiqədə meydançaya daxil olmasıdı.

“Baku Sportinq” buna görə, həm də 400 manat cərimə edilib.

Bənzər xəbərlər