AFFA İntizam Komitəsindən klublara cərimə
AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.
Msport.az xəbər verir ki, toplantıda bir sıra qərarlar qəbul edilib.
Azərbaycan Premyer Liqası XXIV tur
23.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIV turun “Kəpəz” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);
23.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIV turun “Kəpəz” – “Qəbələ” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə, və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qəbələ” klubuna xəbərdarlıq edilir (maddə 43.7, 11);
24.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIV turun “Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz” klubunun azarkeşi tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 52.1);
24.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIV turun “Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
24.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIV turun “Turan Tovuz” – “Neftçi” oyununda qonaq komandanın azarkeşlərinin olduğu sektorda sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən ödənilsin (maddə 54.2);
24.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIV turun “Səbail” – “Sabah” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);