featured-image-42809

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamenti tərəfindən klubların tibb sahəsində çalışan əməkdaşlarının və lisenziyalaşdırma üzrə menecerlərinin iştirakı ilə Tibbi məsələlər üzrə onlayn seminar təşkil olunub.

Msport.az xəbər verir ki, tədbirə Premyer Liqa, I Liqa, II Liqa və AFFA Yüksək Qızlar Liqası yarışlarında çıxış edən komandaların nümayəndələri qatılıblar.

Seminarda aşağıdakı mövzular üzrə təqdimat keçirilib, iştirakçıların sualları cavablandırılıb:

– Lisenziyalaşdırma sistemi barədə ümumi məlumat;

– Lisenziyalaşdırma qaydalarına əsasən tibb sahəsinə aid meyar və tələblər:

– Tibbi sahəsində çalışan əməkdaşların tələb olunan minimum ixtisasları;

– Gənc oyunçular üçün təşkil olunmalı anti-dopinq təlimlərinin təşkili;

– Peşəkar oyunçuların və akademiya üzvləri üçün illik tibbi baxışları ilə bağlı tələblər;

– Oyunçuların tibbi kartları və bu kartların yenilənməsi ilə bağlı tələblər;

– Stadionda tibb otağı, dopinq testləri otağı və bu otaqlarda tələb olunan ləvazimatlar;

– Tibbi məsələlərə aid sənədlərin təqdim olunması üçün son tarixlər.

Bənzər xəbərlər