AFFA "Neftçi"ni 5 min manat cərimə elədi
AFFA Intizam Komitəsinin növbəti iclası keçirilib. Msport.az xəbər verir ki, Komitə “Neftçi”nin futbolçusu İqor Ribeyronu 3 oyunluq cəzalandırıb.
Azərbaycan Premyer Liqasının III turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində “Neftçi” klubunun heyətində 5 nömrəli futbolçu İqor Ribeyro təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Neftçi” klubu 3000 manat cərimə edilsin.
Azərbaycan Premyer Liqasının III turunun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” klubu 2000 manat cərimə edilsin
Azərbaycan Premyer Liqasının III turunun “Sabah” – “İmişli” oyunu “İmişli” komandasının meydana gec çıxması səbəbindən gec başladığına görə “İmişli” klubu 3000 manat cərimə edilsin.
Əvəzedicilər liqasının III turunun “Sabah-2” – “Qarabağ-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin.
Əvəzedicilər liqasının III turunun “Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” oyununda topdaşıyan uşaqların say limiti pozulduğuna görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilsin.
Əvəzedicilər liqasının III turunun “Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” görüşündə oyun günü planı pozulduğuna (PFL himni səslənmədiyinə) görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilsin.